Avropa Liqasının 1/4 final mərhələsində keçiriləcək "Beşiktaş" - "Lyon" oyunu barədə müzakirə sonrası UEFA və İstanbuldakı Fransa səfirliyi arasında razılıq əldə olunub.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, aprelin 20-də baş tutacaq matça "Lyon" azarkeşləri gəlməyəcək. "Vodafone Arena"da Fransa təmsilçisinin futbolçu və məşqçi heyətində başqa təkcə klub prezidenti Jan-Mişel Olasın olacağı gözlənilir.

Qeyd edək ki, aprelin 13-də baş tutan qarşılaşma azarkeşlər arasındakı iğtişaşlara görə 50 dəqiqə gec başlamışdı. Bu qarşıdurmalar nəticəsində 12 "Lyon" və "Beşiktaş" azarkeşi saxlanılımış, 7 nəfər müxtəlif bədən xəsarətləri almışdı.