Bu gün Yevlaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Unikal.org xəbər verir ki, dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, "Azersun Holdinq MMC-nin baş icraçı direktoru Savaş Uzan, "Az-Granata MMC-nin direktoru Rövşən Fərhadov, "Gök-NUR Bakı MMC-nin müdiri Fərid Fərhadzadə, "D-Fruits Kəndli Təsərrüfatı MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

***10:45 

Aprelin 17-də Yevlaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açıb.