"Hər şeyin öz yeri var. Yaş ötdükcə, insanın istəyi, zövqü dəyişir. Hər zaman uzun paltarları xoşlamışam. Mənə qısa geyinməyə heç kim qadağa qoymayıb. Özümü 25 yaşımda başqa görürdümsə, indi tam başqa cür görmək istəyirəm. Bu yaşda beləyəm.

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi "ATV maqazin onlarla verilişinə açıqlamasında deyib.

Sənətçi küsülü olduğu əməkdar artist Röya Ayxana ismarış göndərib. Natavan deyib ki, efirdə onun haqqında birdə danışmasın:

"Bizdə uzun müddətdir belə dəb var: İnstaqramda, efirdə cavab verirlər. Bu, yox olsun. Əgər kiminsə fikri varsa, efir vasitəsilə yox, zəng edib desin. Mənim haqqımda məndən icazəsiz danışmasın. Biz də çox şey deyə bilərik, çox şey danışarıq. Mənimlə danışmır yox, mən onunla danışmaya bilərəm. Konsertimdən sonra münasibətə mən son qoymuşam.

Qeyd edək ki, R.Ayxanla N.Həbibi arasında qalmaqal ötən il baş verib. Röya "V element" verilişində həmkarlarının ünvanına "Əvvəl mənə "çuşka" deyirdilər. İndi mən onların geyiminə baxıb gülürəm" söyləmişdi. Natavan isə "Biz indi də ona "çuşka" deyirik" cavabını vermişdi.axşam.az