Aprelin 12-də yaşadığı binanın dayanacağında huşsuz vəziyyətdə tapılan, daha sonra beyin qanaması keçirdiyi məlum olan türkiyəli müğənni İbrahim Erkal hələ də koma vəziyyətindədir.

Unikal.org-un "Hurriyetə istinadən verdiyi xəbərə görə, sənətçi ilə bağlı Anadolu Cumhuriyyət Baş Prokurorluğunda "ehtiyatsızlıqdan yaralanmağa səbəb olmaq cinayət maddəsi üzrə istintaq işi açılıb.

İstintaq çərçivəsində Erkalın huşsuz vəziyyətdə tapıldığı dayancağın təhlükəsizlik kameraları görüntülərinin müəyyən edilməsilə bağlı əməliyyat aparılır.

Hadisə ilə bağlı heç kim saxlanılmayıb.