Şəmkirdə bıçaqlanma olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Gədəbəy rayon Böyük Qaramurad kənd sakini, 1986-cı il təvəllüdlü Cəfərov Ayaz Mübariz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

A. Cəfərovun deməsinə görə, o, gecə saatlarında tanımadığı şəxs tərəfindən Şəmkirdə kirayə qaldığı evin həyətində bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.