Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliyevi qəbul edib.

Unikal.org-un əbərinə görə, Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini deyib.

Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğulayıb. Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin "Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə edib.

***12:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliyevi qəbul edib.

Unikal.org xəbərinə görə, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.