Türkiyənin Tunceli əyalətində qəzaya uğramış helikopterdəkilərin hamısı həlak olub.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, helikopterdə 1hakim, 1 gizir, 7 polis əməkdaşı və 3 ekipaj üzvü olub.

xxxxxxxxxxxxxxxxxxxxxxxx
Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 2 hakim, 3 heyət üzvü olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vertolyot yerli vaxtla saat 13.30-da radardan itib.
 
Vertolyotdakı hakimlər seçki komissiyasının üzvləri olublar.

 Axtarış-xilasetmə əməliyyatları üçün Diyarbəkirdən bir hərbi bölük və 10 xilasedici Tunceliyə göndərilib.
 
Qəzanın səbəbi hələlik məlum deyil.