Liviya balıqçıları Aralıq dənizində göyərtəsində 28 mühacirin cəsədi olan qayıq aşkarlayıblar.

Unikal.org-un "Reutersə istinadən verdiyi xəbərə görə, aralarında 4 qadının olduğunu miqrantların aclıq və susuzluqdan öldüyü ehtimal olunur.

Məlumata görə, cəsədlər qanunsuz miqrantlar üçün nəzərdə tutulmuş qəbiristanlıqda dəfn olunublar.

Qayığın mühərrikinin sıradan çıxması səbəbindən miqrantlar dənizin ortasında köməksiz vəziyyətdə qalıblar. Ölənlərin milliyyəti barədə məlumat verilmir. Onların Afrika qitəsindən olduğu bildirilir.