Ermənistan polisinin Şirak vilayəti üzrə idarəsi Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisinin itkin düşdüyü barədə məlumat yayıb.

"Əsgər Dmitriy Loşmanov aprelin 16-da alış-veriş üçün hərbi hissəni tərk etmiş və bir daha geri qayıtmayıb, - deyə polisdən "RİA Novostiyə polisdən bildirilib.

Unikal.org bildirir ki, məlumata görə, müqavilə əsasında xidmət çəkən D. Loşmanov ümumi yataqxanada yaşayıb. Hazırda onun barəsində axtarış elan edilib.