Filippinin şimalında sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 24 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Ölkə polisinin məlumatına görə, hadisə yerli vaxtla saat 11:00-da baş verib. Salonunda 50 sərnişinin olduğu avtobus paytaxt Manilanın şimalındakı Nueva-Esixa vilayətinin Karranqlan şəhərinə məxsus Kapintalan kəndində dərəyə düşüb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Avtobus Cənubi İlokos vilayəti istiqamətində hərəkət edirmiş. Şahidlərin sözlərinə görə, qəza sürücünün sürət həddini artırmasından sonra baş verib.