Azərbaycanda elektron ticarət bazarının həcmi 2017-ci ilin yanvar-mart aylarında 10,1 milyon manat təşkil edib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə pərakəndə elektron ticarətin ümumi həcmi 1,7 dəfə artıb.

Hesabatda qeyd olunur ki, bu ilin birinci rübündə pərakəndə ticarət dövriyyəsi 7,9 milyard manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövründən 1,6 faiz çoxdur.