Böyük Britaniya parlamenti mayın 3-nə keçən gecə buraxıla bilər.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə İcmalar Palatasının rəhbəri Devid Lidinqton bildirib.

Qeyd edək ki, ölkənin baş naziri Tereza Mey parlamenti iyunun 8-də növbədənkənar seçkilərin keçirilməsini dəstəkləməyə çağırıb. 2011-ci il tarixli qanuna əsasən, parlament seçkilərə 25 gün qalmış buraxılmalıdır.

Aprelin 19-da parlamentdə növbədənkənar seçkilərin keçirilməsi məsələsi ilə bağlı səsvermə keçiriləcək. Deputatların Meyin təklifini dəstəkləyəcəyi gözlənilir.