Avtomobilin vurduğu hasky cinsli iti vəfalı dostu yarım saat oyatmağa çalışıb.

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, bu ürəkağrıdıcı hadisə Çinin Çjeszyan əyalətində baş verib.

Hadisənin şahidləri bir müddət sonra ölmüş iti səkiyə çıxarıb. İt isə dostunu yenə də tərk etməyib.