Rusiyaya məxsus "Qeroy Arsenal yük gəmisi Qara dənizin Kerç boğazında batıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Hallar Nazirliyinin Krasnodar Diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Gəminin göyərtəsində 12 nəfər olub. Onların 8 Rusiya, 3-ü Ukrayna, 1-i isə Gürcüstan vətəndaşıdır.

Fövqəladə Hallar Nazirliyinin Krım üzrə Baş İdarə rəisinin köməkçisi Vladimir İvanov hadisə yerinə bir neçə xilasetmə gəmisinin və aviasiyanın göndərildiyini deyib. Artıq bir dənizçi xilas edilib, daha dörd nəfəri sudan çıxarmaq istiqamətində işlər gedir.

Qeyd edək ki, gəmi Rostov vilayətindən Türkiyəyə taxıl aparırmış.