Ermənistandakı Rusiya Gümrü hərbi bazasının hərbi qulluqçusu Dmitri Loshmanov itkin düşüb.

Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi bazasının itkin düşən əsgərlə bağlı məlumat yayıb.

Ermənistan polisi də itkin düşən əsgərlə bağlı axtarışlara başlayıb. 

Rusiya vətəndaşı, 35 yaşlı Dmitri Loshmanov aprel ayının 16-da saat 9:30-da alış-veriş adı ilə hərbi bazanı tərk edib və bir daha geri qayıtmayıb.