21 Noyabr 2018
Aygün Kazımovanın "İtkin gəlin"i ilə bağlı oğurluq QALMAQALI - VİDEO
MƏDƏNİYYƏT-ŞOU 11:41 / 19.04.2017

Xalq artisti Aygün Kazımovanın illər əvvəl oxuduğu "İtkin gəlin” mahnısı ilə bağlı yeni fakt ortaya çıxıb.

Unikal.org-un məlumatına görə, musiqisi Cavanşir Quliyev, sözləri Əlibala Hacızadəyə məxsus mahnını türkiyəli müğənni Neşe Karaböcek oğurlayıb. Sənətçi "Bir gözünlə ağla, bir gözünlə gül” adı verdiyi mahnını 1996-cı ildə buraxdığı "Bir tanem” adlı albomuna daxil edib. Albomda isə mahnının söz müəllifi kimi Neşe Karaböcekin öz adı yazılıb. Musiqi müəllifi isə anonim qeyd olunub.

A.Kazımova məsələyə münasibət bildirib. O bildirib ki, məsələdən xəbərsiz olub:

"Bu məsələni yeni öyrənmişəm. Türklər hər zaman bizim mahnılara anonim yazırlar. Bu bizik, mahnı oxuyanda, harda nə məlumat var öyrənirik ki, haqqını tapdalamayaq, müəllif hüquqlarını pozmayaq.Bunla bağlı Cavanşir Quliyevlə də danışmışam, nəsə etməyi düşünmürük".

C.Quliyev isə vəkilə müraciət etdiyini, amma heç bir nəticə ala bilmədiyini söyləyib:

"Neşe bu mahnını hələ 90-cı illərdə oxuyub. Həmin ərəfədə onu axtardım, amma Türkiyədən köçmüşdü, Amerikada yaşayırdı. Bir vəkil tutdum, Aygün Kazımovanın da ifasını ona verdim. Notariusdan vəkalətnamə təqdim etdim ki, məsələylə maraqlansın. O da cavab verdi ki, Neşe artıq Amerikaya köçüb, heç bir şey edə bilmərik. Nə edək ki... Mahnıya yeni sözlər yazıb”.

Qeyd edək ki, Aygün Kazımova "İtkin gəlin” mahnısını 1994-cü ildə oxuyub.axşam.az