Rusiyanın Sankt-Peterburq şəhərində jurnalist öldürülüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, "Novıy Peterburq" qəzetinin baş redaktoru Nikolay Andruşenko gecə saatlarında hücuma məruz qalıb. Başından xəsarət alan jurnalist xəstəxanada keçinib.

Andruşenko 2008-ci ildə yaratdığı "Novıy Peterburq" qəzetində kriminal mövzularda yazırdı və hüquq müdafiəçisi kimi çıxış edirdi.