Kolumbiyada baş verən torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Manisales şəhərində qeydə alınıb.

Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bundan əvvəl Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 320 nəfər ölüb.

Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.