Türkiyənin Gaziantep vilayətində ağır yol qəzası baş verib.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Gaziantep-Şanlıurfa avtomagistralında qeydə alınıb.
Məlumata əsasən, üç avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 5-i xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
Hadisə yerində polis və xilasedicilər işləyir. Qəza səbəbindən hadisənin baş verdiyi yol bağlanıb.