Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Həsən Əli oğlu M.Cəlal Paşayev küçəsi, 96 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.