Unikal.org xarici KİV-ə istinadən məşhurların bilmədiyiniz pis vərdişləri haqda məlumatları təqdim edir:

Müğənni Britni Spirs və aktrisa Olivia Uayld - onları birləşdirən bir cəhət var. Hər ikisi dırnaqlarını yeyir.



Aktrisalar - Sara Cesika Parker Hall Berri - hər ikisində dodaq və yanaq içlərini dişləmək vərdişi var.



Müğənni Rihanna və model Kayli Cenner - hər ikisi sosial media alüdəçisidir. Məşhurlar vaxtlarının çoxunu sosial mediada keçirirlər.



Aktrisalar - Barbra StreisandMila Kunisdə tez-bazar yemək yemək vərdişi var. Xüsusən filmləri üçün arıqlamalı olan aktrisalar ən çox Çin və ya "fast food"lara üstünlük verirlər.



Aktrisa Kameron Diaz və müğənni Ketti Perrinin pis vərdişi isə həddindən artıq təmizkar olmaqdır. Onlara çox vaxt vasvası da deyirlər.



Müğənnilər Cesika SimpsonAdel - konsertlərində və ya mahnı oxuyarkən mütləq saqqız çeynəyirlər.