Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun qızının toy mərasimi keçirilib.

Unikal.org bildirir ki, mərasimdə Türkiyənin tanınmış müğənnisi Mahsum Kırmızıgül də iştirak edərək məşhur mahnılarından birini səsləndirib.

Qeyd edə ki, Mahsum 10 il öncə səhnədən gedərək kino sahəsinə üstünlük vermişdi. Onun son filmindən 10 milyon Türk lirəsi ziyan etdiyi bildirilir.