Azərbaycanda son bir il ərzində zibillikdən tapılan heyvan mənşəlli ətlərin statistikası açıqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, 2016-ci ildə ölkəmizdə poliqonlara (zibilliyə) atılmış ət, balıq və digər heyvan mənşəli ərzaq məhsullarının çəkisi 180.5 ton olub.

Həmçinin ət, balıq və digər heyvan mənşəli ərzaq məhsullarının hazırlanması və emalında yaranmış tullantılar miqdarı isə 8006.9 min ton olub.

Bununla belə ölkəmizdə zibillikdən 95 tona yaxın alkoqollu və alkoqolsuz içkilər yığışdırılıb.

Məlum olub ki, sözügedən içkilər içkilərin istehsalında yaranmış tullantılar olub.

Qeyd edək ki, məlumat Dövlət Statistika Komitəsinin yaydığı hesabat əsasında hazırlanıb.