7 nəfərlik ailənin evindəki əşyalar əvvəlcə tüstülənir, sonra isə-¦

Azərbaycanda qəribə hadisə yaşanır.

Unikal.org-un məlumatına görə, Biləsuvarda evlərdən birində yataq dəstləri, pal-paltar, xalçalar nəməlum şəraitdə alovlanır.

Biləsuvar rayonunun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır. Evdə ilk belə hadisə mart ayının 4-də baş verib. Belə ki, ilk olaraq evin zirzəmisində olan elektrik fanarlarının ayrıcısı qəfildən yanıb. Bunun elektrik naqlillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətləri tamamilə dirəklərdən ayırıb.

Lakin bu son olmayıb. Əsasən günorta saatlarında baş verən yanğın əvvəl tüstü ilə müşayət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır. Mənbəyi hələ ki, məlum olmayan yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikililərdə- hamamda da baş verib. Burada olan tüstülənməni görüb gələn ev sahibi divarda asılmış dəsmalın alışıb yandığını görüb.

Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssiləri baxış keçirsələr də alovun nədən yarandığı hələ ki məlum deyil. Azyaşlılar da daxil olmaqla 7 nəfərin yaşadığı ailə əşyaların qəfildən alışmasının evdə böyük miqyaslı yanğına səbəb ola biləcəyindən narahatdırlar.İstiPress