"Çox qəribədi, arada vaxt edəndə şəkillərə baxıram. Bir gün qabaq paylaşdığıma söyüş, təhqir yazırsız, səhəri gün isə "sağ ol, səndən yoxdur sözlərini qeyd edirsiz.

Unikal.org-un məlumatına görə, bu sözləri Zaur Baxşəliyev sosial şəbəkədə yazaraq onun ünvanına yazılan təhqirlərə cavab verib:

"Görəsən hansı düzdür? Söyüşlər, ya sevgilər? Supersiniz, insanı darıxmağa qoymursunuz, sizə halaldır. Davam... Heç bir zaman mesajları silmərəm. Hər kəsin yazdığı və yazdırdığı öz iç dünyası və mədəniyyətidir. Ona görə də, "mədəniyyətlər toplusundan zövq almağa davam.