Aparıcı Zümrüd Qasımova özü ilə bağlı maraqlı etiraf edib.

Unikal.org-un məlumatına görə, o, bir müddət əvvəl birdəfəlik yaşamaq üçün Türkiyəyə köçdüyünü söyləyib.

Z.Qasımova bildirib ki, buna səbəb ərindən küsməsi olub:

"Bəzən hər şeydən yorulursan, başqa dünya axtarırsan. Mən də küsdüm və getdim. 5 ay Türkiyədə qaldım. Amma darıxdım, anladım ki, mənim dünyam elə Bakıdadır. Həyat yoldaşım gəldi, barışaq deyib, məni geri gətirdi.axşam.az