Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub.

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Bununla belə terror aktının sifarişçinin adı açıqlanmayıb.

Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.