Türkiyənin Konya vilayətinin Akşehir Mahalı Gölçayır Məhəlləsində 200 ədəd eşşək saxlayan fermer onların südündən əldə etdiyi qazancını açıqlayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fevzi Taşçı adlı fermer 200 eşşəkdən gündə əldə etdiyi 50 litr südün böyük hissəsini, dəri kremi hazırlamaq üçün kosmetik firmalara litri 120 lirəyə satdığını deyib.