Azərbaycan və Rusiyada tanınan müğənni Üzeyir Mehdizadə Bakıya gəlib.

Unikal.org xəbər verir ki, işləri ilə bağlı olaraq Rusiyada olan müğənni haqda elə ölkəyə gələn kimi şayiələr yayılıb. Onun Bakıda həbs olunması, hətta hava limanında saxlanıldığı xəbərləri yayılıb. 

Məsələ ilə bağlı Üzeyir Mehdizadənin meneceri danışıb:

"Üzeyir mənimlə gedib-gəlib. Biz hətta 16:30 da düşməliydik, 17:05 də düşdük. Anlamıram ki, belə xəbərləri kim yayır?! Ancaq onu deyim ki, bütün bunların hamısı təsdiq edən kamera görüntüləri var. Hava limanına necə gəldiyimiz, necə çıxdığımız hamısı görüntülənib. Üzeyirin Bakıya gəlməsinə gəldikdə isə, o, ölkəsi üçün darıxdığına görə Bakıya gəlib.A24.Az