Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyində Oqtay Şirəliyevin rəhbərliyi ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlilinə həsr olunmuş kollegiya iclası keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, nazir iclasda  nöqsanı olan 4 xəstəxananının (iki Birləşmiş Şəhər, iki Poliklinka) baş həkimini vəzifəsindən azad edib. 

Əldə etdiyimiz məlumata görə, vəzifəsini itirənlərdən iki nəfər Bakı, biri Balakən, digəri Ağcəbədi xəstəxanasının baş həkimlərdir.

O.Şirəliyev həmçinin Abşeron Təcili Tibbi Yardım Stansiyasının və bir sıra xəstəxanaların baş həkimlərinə töhmət verib.