Autizm xəstəsi olan John Benji Haygood adlı uşaq məktəbdə dava saldığı üçün müəllimlər tərəfindən polisə şikayət edilib.

Unikal.org-un məlumatına görə, adətən özbaşınalıqları ilə gündəmə gələn ABŞ polisi bu dəfə də eyni addımı atıb.

Belə ki, polis şikayətdən sonra autizm xəstəsi olan John Benji Haygood adlı uşağın qoluna qandal vuraraq onu idarəyə aparıb.

Hadisə ABŞ-da etirazla qarşılanıb.