Şərqi Avropa ölkəsi olan Albaniyada keçirilən prezident seçkisinin ilk turu namizəd olmadığından nəticəsiz başa çatıb.

Unikal.org  sputnik.az-a istinadən xəbər verir ki, heç kəsin namizəd olmadığı seçkinin birinci turu parlamentdə keçirilib. Lakin məclisin fəaliyyətini boykot edən müxalif deputatlar iclasa qatılmayıb. Bu səbəblə də ilk tur namizədsiz yekunlaşıb.

Ölkə konstitusiyasına görə, namizəd olmadığı zaman parlamentin müəyyən etdiyi 5 turluq seçki təqvimi işə düşəcək. Əgər sonuncu turda da namizəd olmasa, yeni seçkilər sentyabr ayında keçiriləcək. Qeyd edək ki, Albaniya hökuməti, 18 iyunda keçiriləcək parlament seçkilərindən öncə məclisin buraxılacağını nəzərə alaraq prezident seçkisini təxirə salmışdı. Hazırkı dövlət başçısı Buyar Nişaninin vəzifə müddəti iyul ayında başa çatacaq.