Parisin mərkəzində daha bir atışma baş verib.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb.

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yarandığı barədə məlumat verilmişdi.

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.

Cinayətkarın axtarışı davam etdirilir.

İnsidentin terror aktı olduğu istisna edilmir.

Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.