Bakının Sabunçu rayonunda 72 yaşlı qadını avtomobil vurub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə 1945-ci il təvəllüdlü Məmmədova Zərifə Məmmədalı qızı Bakıxanov qəsəbəsində stansiya ərazisində yolu keçmək istəyən zaman baş verib.

Qəzanı "10-VM-062" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü törədib və o özü xəsarət alan qadını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.