"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik proqramında bir ilk yaşanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişdə iştirak edən azərbaycanlı gəlin Naz Mila son dəfə Əli Əkbərlə danışmaq və bundan sonra verilişi tərk etmək istədiyini bildirib.

Əli ilə danışan Naz ağlayıb. O, Əlini çox sevdiyini və bundan sonra heç kiminlə münasibətdə olmadığını vurğulayıb.

Bunu görən azərbaycanlı gənc Nazı verilişi tərk etməyə qoymayıb. Aparıcı cütlüyün barışması üçün studiyada olan iştirakçı və tamaşaçıların hamısını çölə çıxarıb.

Naz və Əli xoşbəxt olduğunu söyləyib.