Ötən gün Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

Unikal.org Naxcivantv.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, "Naz Lifan avtombillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır:

"Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranmışdı. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən "Naz Lifan 820 və "Naz Lifan 620 modellərinin satışı həyata keçirilib. Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə "NAZ-Lifan avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır.