Aprelin 20-də 1993-cü il təvəllüdlü Musayev Ülvi futbol meydançasında canını tapşırıb.

Unikal.org xəzərxəbər-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yaşayan Ü.Musayev stadiona futbol oynamağa gedib. Gərgin oyun ərəfəsində gəncin ürəyi fiziki yükə dözməyib.

İlkin ekspertizanın nəticəsində məlum olub ki, gəncin ölümünə səbəb qəfil ürək tutması olub.