Müğənni və aktrisa Aygün Rəhimova "Sən olmasaydınserialındakı obrazından danışıb.

Unikal.org-un məlumatına görə, aktrisa "ATV kulisə açıqlamasında deyib ki, nədənsə rejissorlar onu ancaq ifritə obrazlarına çəkirlər:

"Bundan əvvəl "Toy gecəsi serialında da rol almışam. Orada da mənfi rolda idim. Hərdən yolda mənə yaxınlaşırlar ki, sizi çox istəyirik, amma nifrət edirik. Mənfi obrazı canlandırmaq asan deyil. Aktrisa olmurlar, doğulurlar. Həyatımda çox şey olub, ona görə aktrisalığı bacarıram. Ən çox da həyatımda pis şeylər baş verir. Yıxılıram, yenidən qalxıram".

A.Rəhimova tez-tez sənətdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Depressiyaya düşmürəm, çox pozitiv insanam. Amma bir şeydən tez bezirəm. Bezəndə hamıdan, hər şeydən uzaqlaşıram. Yenilikləri sevirəm, tez-tez məkan dəyişməyi xoşlayıram".