Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci km-də "VAZ və "Volkswagen markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. "VAZ markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 09:15-də başa çatıb.