ABŞ-ın Qərbi Virciniya ştatında məktəb avtobusu ağaca çırpılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 26 məktəbli xəsarət alıb.

Avtobus Ohayonun şagirdlərdən ibarət futbol komandasını qonşu Qərbi Virciniya ştatına aparırmış.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya ilkin səbəb kimi yüksək sürət həddi göstərilir.