Şabran rayonunda intihar faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Şabran rayonu, Pirəmsən kənd sakini, 1961-ci il təvəllüdlü Davudov Müsənnif Ağa oğlu yaşadığı evin həyətində özünə bıçaqla xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.