Xəbər verdiyimiz kimi dünən Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib. İclasda nazir Oqtay Şirəliyev bir neçə rayonun baş həkimini işdən çıxarıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin işdən çıxardığı baş həkimlərdən biri Hacı Ömər Nuriyevdir. O, Balakən Mərkəzi rayon Xəstəxanasına rəhbərlik edib. 

Faktı Unikal.org-a Balakən Rayon İcra Hakimiyyətindən də təsdiqləyiblər. 

Elvin Rüstəmov