Azərbaycanda satılan kərə yağının qiyməti bahalaşıb. 

Unikal.org son 3 ayın statistikasını araşdırıb. Bu ilin yanvar ayında yerli istehsal olan kərə yağının 1 kiloqramının qiyməti 9.05 AZN təşkil edirdisə, Fevral ayında bu rəqəm 9.55, Mart ayında isə 9.97 AZN olub. 

Ölkəyə idxal edilən kərə yağının da qiymətində artım müşahidə olunur. Belə ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramı  bu ilin yanvar ayında 10.15 AZN, Fevralda 10.77 manat, mart ayında isə 11.69 AZN -ə satılıb. 

Qeyd edək ki, xəbər Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında hazırlanıb. 

Həsən Babayev