Ermənistan hökuməti dövlət mülkiyyətində olan bir sıra binaları, o cümlədən Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binanı satışa çıxarıb.

Unikal.org "lragir.am"a istinadən xəbər verir ki, hazırda hökumət binalara öz alıcısını gözləyir. 

Binası satılmaq planına daxil olan strukturlardan biri də Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.