"Biz siyasi müstəvidə gedən müzakirələrə qoşulmuruq".

Unikal.org bildirir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, elmi və ya hüquqi müstəvidə gedən müzakirələrə hər zaman açıq olduqlarını, lakin müzakirələr siyasi müstəviyə keçiriləndə ona qatılmadıqlarını bildirib: "2014-cu ildə monitorinq imtahanlarına aid olan elmi-statistik təhlil ictimaiyyətə təqdim edildi. Ondan sonra gözləyirdim ki, hansısa elmi müzakirələr aparılacaq. Çox təəssüflər olsun ki, təqdim etdiyimiz elmi-metodiki işin nəticələri elmi müzakirələrə yox, hansısa ayrı müstəviyə keçib, siyasi bir müzakirələrə çevrildi. Bunun günahkarı biz deyilik. Yalnız mütəxəssislərlə elmi müstəvidə müzakirələr aparmağın tərəfdarıyıq. Biz siyasi müstəvidə gedən müzakirələrə qoşulmuruq. Elmi müstəvidə müzakirə təqdim edirəm, amma təəssüf ki, məni siyasi müstəviyə çəkirlər. Biz elmi araşdırmalarımızı aparıb, ictimaiyyətə təqdim edirik. İctimaiyyət bunu necə qiymətləndirir, bu, artıq ayrı məsələdir.