Gaziantepdə şəhərin mərkəzində dilənçiləri yığan polis əməkdaşları gördükləri mənzərə qarşısında çaş-baş qalıblar. Dilənçilərdən bəzilərinin qızıl dişi, bəzilərində isə son model mobil telefonlar vardı.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, polis əməkdaşları yol kənarlarında, ticarət mərkəzlərində, kafe kimi sıx olan və xarici turistlərin daha çox olduğu bölgələrdə dilənçilik edən 10-u uşaq olmaqla 16 nəfəri tutublar.

Dilənçiləri avtomobillə polis bölməsinə gətirən əməkdaşlar, onların üzərində apardıqları axtarış nəticəsində gördüklərinə inanmayıblar. Dilənçi qadınlardan 63 yaşındakı F.T. ilə 24 yaşındakı S.B.-nin ağızlarında  qızıl dişinin olduğunu, A.Ç ilə M.K.-nın son model mobil telefonu olduğunu görüblər. Uşaqların üzərindən də bahalı telefonlar çıxıb. Aralarında Suriyalıların da olduğu ümumi 16 dilənçinin üzərindən 500 AZN pul da tapılıb. 

Dilənçilərin bir çoxunun daha əvvəllər dəfələrlə tutulduğu da qeyd edilir.

Dilənçilər onlara kəsilən cəriməni ödədikdən sonra sərbəst buraxılıblar.





Antep'te Altın Dişli, Son Model Telefonlu Dilenciler Şaşkına Çevirdi