Hacıqabulda "Bonzay ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Hacıqabul rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini, 1984-cü il təvəllüdlü Hüseynov Şirin Səadətdin oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan təxminən 11 qram çəkidə sintetik tərkibli narkotik maddə olan "spays (bonzai) aşkar edilərək götürülüb.
Narkomanlar arasında istifadəsinə az rast gəlinən narkotik vasitə olan spays çox təhlükəli narkotik vasitə kimi qiymətləndirlir. Belə ki, spaysın qəbulundan sonra insanda hallyusinasiyalar, qarabasmalar və s. baş verir.  

Qeyd edək ki, Şirin Hüseynov məhz adı çəkilən sintetik narkotik vasitəni satışı ilə məşğul olduğundan kriminal aləmdə o, "Bonzay ləqəbi ilə tanınır. Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.