Azərbaycan şirkətlərinə məxsus yüklərin Ukraynada oğurlanması ilə bağlı məsələ Ali Radada müzakirə olunacaq.

Unikal.org ATV-yə istinadən xəbər verir ki,  Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məsələ ilə bağlı Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiyə müraciət edib. Maksim Kuryaçi isə öz növbəsində məsələnin araşdırılması ilə bağlı Hüquq-Mühafizə orqanlarının rəhbərlərinə rəsmi sorğu göndərib.

Qeyd edək ki, son aylar Ukraynada içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu onadək ağır tonajlı avtomobilləri naməlum şəxslər oğurlayıb. Hər maşındakı yükün maddi dəyəri isə 200-300 min ABŞ dolları həcmində qiymətləndirilir.