Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

Unikal.org apa-ya istinadən məlumatına görə, şəhər sakini, 1942-ci il təvəllüdlü Əliyeva Kifayət Əsgər qızı sirkə turşusundan ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Tibbi yardım göstərilsə də, 75 yaşlı qadını xilas etmək mümkün olmayıb. K.Əliyevanın intihar etdiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.