Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda "Böyük Plaza yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə Azərbaycan Prezidenti İlham Əliyev kəskin reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Yasamalda qırılan ağacların yerində Türkiyədən gətiriləcək 300 ədəd yolka ağacları (Fidan) əkiləcək.

Artıq bununla bağlı Azərbaycan tərəfi Türkiyənin meşə və su işləri nazirliyi ilə razılıq əldə edib. Yaxın günlərdə xüsusi şirkətr vasitəsi ilə bu ağaclar Bakıya gətiriləcək.

Türkiyənin meşə və su işləri nazirliyinin yaydığı məlumata görə, həyata keçirilən işlər çərçivəsində, Azərbaycana 3 metrlik 300 ədəd rootballı karaçam fidanı ixrac ediləcək. Türkiyənin Kastamonu Daday mahalında diqqətlə yetişdirilən karaçam fidanlarının sökük maşını ilə sökümü edilərək, Sakaryada ixracatı reallaşdıracaq olan firmaya təslim edilib.

Qeyd edək ki, artıq Bakının Mətbuat prospektində yerləşən "Ovçular evi"nin yerində mədəniyyət və istirahət parkı salınır. Hazırda ərazidə təmizləmə işləri aparılır.